BLESS HOTEL COTTAGE, Qəbələ
Böyük Qafqaz dağlarının ətəklərində yer alan, eyni zamanda dağların və təbiətin hər mövsümünə uyğun panoramik mənzərəsinin canlı şahidi mühitini sizlərə yaşadan "BLESS HOTEL COTTAGE" fərqli seqmnetlərdə müstəsna dəyər yaradan tam inteqrasiya olunmuş otel xidməti təklif edir.
Biznes vahdinin infrastrukturunda yer alan üç mərtəbəli Ana bina eksteryeri, XVI–XVII əsrlərdə Avropa intibah ( Renessans ) dövrünə aid “Barokko” memarlıq üslubu ilə yaddaşlarda unudulmaz təəssüratlar kəşf edir.
Ərazidə yerləşən mini Cottage lər ailə seqmenti və kiçik qonaqlarımızın ehtiyaclarına uyğun hazırlanmış “ Nağıl Evlər” konsepti ilə yüksək rahatlığın təminatçısıdır.
“BLESS HOTEL COTTAGE” olaraq bildiririk ki, kiçik qonaqlarımız xoşbəxtdirsə, valideynlər də rahat dincələ bilir. Bizim açıq hava “BLESS KİDS ZONE” təhlükəsiz, ekoloji təmiz, inkşaf və sonsuz əyləncə prinsipləri üzərində qurulub. İstifadə edilən oyun qurğuları antiallergen materialllardan və yumşaq döşəmələrlə təchiz edilib.
Hovuz kənarında yerləşən mənzərəli, xoş inteyeri və rahat mebel ilə təchiz edilmiş otaqlar, səhəri suyun sakitləşdirici maviliyi və günəş işığının sirkad ritmi ilə oyanmağa kömək edir.
Zahiri görünüşü və emosional interyeri ilə zövq oxşayan “BLESS HOTEL RESTAURANT” Azərbaycanın ən seçmə, modernləşdirilmiş təamlarını, İtalyan pastalarını, Fransız desertlərini və dünya mətbəxinin imza yeməklərini təqdim edir.
Sizi sadəcə qonaq kimi deyil, “BLESS HOTEL COTTAGE” ailəsinin bir üzvü və hər detalı sizlər üçün düşünən məkanda görüşmək arzusu ilə...
Otaqlar
Xidmətlər
Qalereya












